Amiran Qamğrelidze - heç kim gizlətmir ki, Gürcüstanda epidemioloji durum çətindir, lakin idarə olunandır
Amiran Qamğrelidze - heç kim gizlətmir ki, Gürcüstanda epidemioloji durum çətindir, lakin idarə olunandır

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda epidemioloji durum çətin, lakin idarə olunandır.

Elə onun dediyinə görə, pasiyentlərin hospitallaşdırlması baxımından müəyyən problemlər mövcuddur, lakin lazım olduğuna müvafiq olaraq yardım hamıya göstərilir.

“Heç kim gizlətmir ki, Gürcüstanda epidemioloji durum çətindir, lakin bu mərhələdə idarə olunandır. Elə eyni səhərin göstəricilərilə, 350-ə qədər çarpayı, o cümlədən bir neçə yüz tənəffüs aparatı azad idi. Başa düşürəm, bilirəm ki, stasionarlaşdırmada müəyyən problemlər var. Lakin, yekun olaraq, stasionar lazım olan şəxslər stasionara yerləşdirilir. Stasionardan kənarda ölüm halları, ölkəmizdə ən aşağı olan göstəricilərdən biridir”, – Amiran Qamğrelidze bəyan etdi.