Amiran Qamğrelidze - hazırda Gürcüstanda epidemiya “ partlayışı” qeydə alınmır
Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri , Amiran Qamğrelidzenin sözlərinə əsasən, hazırda Gürcüstanda koronavirusa yoluxmanın 54 halı qeydə alınıb. “Hər kəsin mənşəyini bilirik, epidemik təmaslara nəzarət edirik,dərin epidemioloji tədqiqat aparılır,xüsusən də bu gün sübh tezdən qeydə alınan son beş hal ilə bağlı” –deyə Amiran Qamğrelidze bildirib. Onun sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxmuş pasiyentlərdən 3-ü sağalıb. Bununla belə,Qamğrelidzenin sözlərinə əsasən, hazırkı mərhələdə 2 712 nəfər karantindədir, öztəcriddə isə- 2 683 nəfər var. Onun sözlərinə görə , hazırda Gürcüstanda epidemiya “partlayışı” qeydə alınmır. “Sürətli şəkildə epidemiya “partlayışı” hazırda ölkədə qeydə alınmır.Bu səbəbdən hesab edirik ki, hökumətin dünən elan etdiyi fövqəladə vəziyyət genişmiqyaslı epidemiyanın prevensiyasına kömək edəcək.Bunun üçün-dövlət,özəl sektor, ictimaiyyət birləşməliyik.Verilən rekomendasiyalara əməl etməliyik və ən indi ən əsas olan sosial uzaqlaşmadır.Hər birimiz bu əsas rekomendasiyaya əməl etməliyik, çünki epidemiyanın dayandırılması və onun yavaş şəkildə inkişaf etməsi üçün ən yaxşı vasitə və tədbir məhz sosial uzaqlaşmadır”- deyə Amiran Qamğrelidze bildirib.