Amiran Qamğrelidze - hamilələri və hamiləliyi planlaşdıranları mütləq peyvənd olunmağa çağırıram
Həmkarlarımdan, hamilə qadınların idarəsində sözlərinin böyük əhəmiyyəti olan mama-ginekoloqlara müraciət edirəm, konsultasiyaya qadınlar gələndə, onlara tövsiyyə versinlər ki, peyvənd edilsinlər, – bu barədə Amiran Qamğrelidze bəyan etdi.
Onun dediyinə görə, bütün hamilələr peyvənd olunmalıdılar.
“Ölkədə fayzer kigfayət qədərdir. Sizin efirlərinin vasitəsilə qadınlara, hamilələra və hamiləliyi planlaşdıranlara müraciət etmək istəyirəm, peyvənd olunsunlar. Bildiyiniz kimi, koronavirusdan artıq dörd hamilə qadının ölüm halı var. Bilirsiniz ki, dövlət proqramı ilə hamilə qadının həkimə konsultasiyaya və ailə həkiminə vizit səkkiz dəfə mümkündür. Buna görə, hamıdan, həmkarlarımdan, hamilə qadınların idarəsində sözlərinin böyük əhəmiyyəti olan mama-ginekoloqlara müraciət edirəm, konsultasiyaya qadınlar gələndə, onlara tövsiyyə versinlər ki, peyvənd edilsinlər. İldə bizdə 47-48 min doğum var. Təxminən ildə 60 minə qədər qadın hamilə qalır. Bu gün hamınıza müraciət edirəm, ilk doza üçün 120-130 min fayzer vaksini var, bunlar hələlik sifariş edilməyib. Haminıza müraciət edirəm, fəallaşaq, sifariş edək, o cümlədən hamilə qadınlara ki, belə ağır nəticələrimiz olmasın”, – Qamğrelidze bəyan etdi.