Amiran Qamğrelidze - Ermənistana testləşdirmədə yardım edə bilərik, gündə 500-dən 1000-ə qədər "PCR" testini edə və ya təxminən 10 min ədəd hədiyyə edə bilərik
Amiran Qamğrelidze - Ermənistana testləşdirmədə yardım edə bilərik, gündə 500-dən 1000-ə qədər "PCR" testini edə və ya təxminən 10 min ədəd hədiyyə edə bilərik

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, bu gün Ermənistan və Gürcüstan Səhiyyə nazirləri arasında telefon söhbəti baş tutacaq və Ermənistana yardım məsələsi ilə bağlı dettallar müzakirə olunacaq.

“Xəstəliklərə Nəzarət Milli Mərkəzi səlahiyyəti ilə deyə bilərəm ki, testləşdirmədə yardım edə bilərik. Gündə 500-dən 1000-ə qədər “PCR” testini edə bilərik.

Biz təklif etdik ki, əgər nümunələr olsa, gün ərzində 500-dən 1000-ə qədər test edə bilərik. Bilirsiniz dörd saatlıq yoldur və 24 saat ərzində cavab deyə bilərik və ya ikincisi, təxminən 10 mini ədəd “PCR” testini hədiyyə edə bilərik”, – Qamğrelidze bəyan etdi.

Bu gün Gürcüstanın baş naziri, Giorgi Qaxariya bəyan etdi ki, heç bir ölkə koronavirus ilə əmələ gələn böhranı ayrıca məğlub edə bilməz.

Elə onun dediyinə görə, Gürcüstan qonşu Ermənistana yardımı müzakirə edir və Səhiyyə Nazirliyinə artıq müvafiq tapşırıq verilib.