Amiran Qamğrelidze - epid-durum yavaş templə yaxşılaşır, buna görə bu mərhələdə məhdudiyyətlərin əlavə yüngülləşdirilməsi zəmanətini verə bilmərik
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, hərəkətə olan məhdudiyyətin aradan qaldırılması ilə bağlı bu gün koordinasiya şurasında müzakirə olmayıb.
Elə onun dediyinə görə, hələlik ölkədə epid-durum yavaş templə yaxşılaşır, buna görə Xəstəliklərə Nəzarət Milli Mərkəzi bu mərhələdə məhdudiyyətlərin əlavə yüngülləşdirilməsi zəmanətini verə bilməz.
Qamğrelidzenin dediyinə görə, on gün ərzində epid-durumu izləyəcəklər və yüngülləşdirmə barəsində qərarı bundan sonra qəbul edəcəklər.
Bu gün bu məsələ müzakirə olumayıb. Epid-duruma məxsus göstərici, indikator yaxşılaşır, lakin çox yavaş templə. Düzdür, çərşənbə axşamı həmişə şənbə-bazarın halları toplaşmış olur, lakin hər halda koronavirusun yeni hallarının gündəlik sayı 300-600-700 arasındadır. Buna görə, hələlik, elə göstəricidir ki, başqa yüngülləşdirmə zəmanətini Xəstəliklərə Nəzarət Milli Mərkəzi verə bilməz. Sözsüz ki, biz daha bir həftə, on gün ərzində epid-durumu izləyəcəyik və qərarı bundan sonra qəbul edəcəyik”, – Qamğrelidze bəyan etdi.