Amiran Qamğrelidze - dənizdə üzürsünüzsə, yəgin maskanın taxılmasını kimsə tələb etməyəcək
Amiran Qamğrelidze - dənizdə üzürsünüzsə, yəgin maskanın taxılmasını kimsə tələb etməyəcək

Xəstəliklərə Nəzarət Milli Mərkəzi xaric məkanlarda maskanın ağlabatan taxılması barəsində rekomendasiyaları işləyib hazırlayacaq, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Elə onun dediyinə görə, qalabalıq yerlərdə insanlar maskanı mütləq taxmalıdılar.

“Aydındır ki, kənddə, meşədə yalnızsansa, maskanın taxılmasını kimsə tələb etməyəcək. İnsanların kütləvi toplaşdığı yerdə, sözsüz ki, maskadan istifadə etməlisiniz. Dənizdə üzürsünüzsə, yəgin maskanın taxılmasını kimsə tələb etməyəcək, lakin Batumidə bulvarda gəzirsinizsə və ya Kobuletidə, yanınızda çoxlu insan varsa, maskanı taxmalısınız”,  – Qamğrelidze bəynan etdi.