Amiran Qamğrelidze - bu il böyük ehtimalla, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya sona yetmiş kimi elan edəcək
Amiran Qamğrelidze - bu il böyük ehtimalla, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya sona yetmiş kimi elan edəcək

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, koronavirusun kəskin fazası sona tərəf gedir, bu isə, deməkdir ki, bu il böyük ehtimalla, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya sona yetmiş kimi elan edəcək.

Qamğrelidzenin bəyan etdiyinə görə, önəmlidir ki, bu gün, ilkd dəfə son iki il ərzində, Gürcüstanda koronavirusdan vəfat etmənin heç bir halı qeydə alınmayıb.

“Bu gün 2020-ci ilin sentyabrından sonra ilk gündür ki, koronavirusdan ölümün sıfır göstəricimiz var. Bu çox önəmlidir. Böyük beynəlxalq institutların etdiyi bütün proqnozlarla, bu sabitləşmə davam etməlidir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya sona yetmiş kimi elan edilməyib. Lakin strateji sənəddə deyildiyi kimi, onun kəskin fazası başa çatır. Bu il böyük ehtimalla, əgər nəsə ekstraordinar bir şey baş vermədidə, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya sona yetmiş kimi elan edəcək”, – Amiran Qamğrelidze “Rustavi2”-nin efirində bəyan etdi.