Amiran Qamğrelidze - bu günki göstəricilərlə, Gürcüstanda yoxlanılan 45 707 insandan, 723 təsdiq olunmuş halımız var
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda molekulyar tədqiqat ilə 45 707 hal yoxlanılıb.
Elə onun dediyinə görə, buradan ümumilikdə 723 insanda koronavirus təsdiq olundu.
Amiran Qamğrelidze hökumət administrasiyasında idarələrarası koordinasiya şurasını Gürcüstanda epid-durum barəsində göstəricilərlə tanış etdi.
“Bu günki gün, Gürcüstanda 45 707 mümkün hal yoxlanılıb. Nəzərimdə yalnız molekulyar tədqiqatı tuturam. Buradan 723 təsdiq olunubdur. Bu 723-dən fəal müalicə olunan 216 nəfərdir. 495 nəfər sağalıb, yəni 68 faiz. Bu isə, yaxşı indikatordur, çünki bizdə sağalanların sayı çoxdur və son 10 günün epidemiologiya göstəriciləri ilə, sağalanların sayı virusa yeni yoluxanların sayından artıqdır”, – Amiran Qamörelidze bəyan etdi.