Amiran Qamğrelidze – bu gün əlavə olaraq 400 000 doza fayzer daxil olur, vaksinlərin ehtiyatı kifayət qədərdir, əhalini peyvənd olunmağa çağırıram

19:01, 05.09.2021

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan edir ki, ölkəyə bu gün axşam “fayzerin” əlavə 400 000 dozası daxil olacaq.

Onun dediyinə görə, vaksinlərin ehtiyatı kifayət qədərdir, buna görə, əhaliyə peyvənd olunmalarına çağırır.

“Ölkədə vaksinlərin ehtiyatı kifayət qədərdir və əhalini peyvənd olunmağa çağırıram. Xüsusilə məktəb personalının peyvəndi vacibdir. Eynisini əgər istəyirikdə Universitetlərdə təhsil bərpa olunsun, professor-müəllimlərin və tələbələrin peyvənd olunması lazımdır”, – Amiran Qamğrelidze Gürcüstanın Birinci Kanalı ilə söhbəti zamanı bəyan etdi.

 

Oxşar