Amiran Qamğrelidze bəyan edir ki, Xəstəliklərə Nəzarət Milli Mərkəzi koronavirusun mümkün yeni ştammını araşdırır
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan edir ki, koronavirusun mümkün yeni ştammının tədqiqatı aparılır.
Onun dediyinə görə, hələlik, ölkədə yayılan variantdan başqa, tədqiqat nəticəsində başqa ştamm təsdiq olunmayıb.
“Yeni halların birdən birə artımımız olduğuna görə və vəziyyət pisləşdiyinə görə, istisna etmək istəyirik ki, yeni ştammımız yoxdur ki. Buna görə araşdırırıq. Hələlik hamısı deltadır”, – Amiran Qamğrelidze bəyan etdi.