Amiran Qamğrelidze bəyan edir ki, Qaracalar kəndində təsdiq olunan koronavirus mənbəsinin müəyyən edilməsi üzərində epidemioloqlar işləyirlər
Amiran Qamğrelidze bəyan edir ki, Qaracalar kəndində təsdiq olunan koronavirus mənbəsinin müəyyən edilməsi üzərində epidemioloqlar işləyirlər

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan edir ki, bu gün Qaracalar kəndində təsdiq olunan koronavirus mənbəsinin müəyyən edilməsi üzərində epidemioloqlar işləyirlər.

Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, dərinləşdirilmiş tədqiqat aparılır.

“Tədqiqat aparılır. Harada işləyirdi, kimlə kontaktı var idi, Qaracalara nə cür getmişdi və sair. Bunların hamısı tədqiqatdadır. Faktdır ki, xəstəxanaya özü getdi və pnevmoniyası var idi, sonra test edildi və cavab müsbət çıxdı. Araşdırma aparılır. Epidemioloqlar bir neçə məntəqədə işləyirlər. Dərinləşdirilmiş tədqiqat aparılır. Bunların hamısı səhər baş verdi”, – Qamğrelidze bəyan etdi.