Amiran Qamğrelidze bəyan edir ki, karantini tərk edənə qədər vətəndaşların hamısına koronavirus testinin edilməsi mümkündür
Amiran Qamğrelidze bəyan edir ki, karantini tərk edənə qədər vətəndaşların hamısına koronavirus testinin edilməsi mümkündür

Koronavirus üzrə testləşdirmə genişlənəcək, çünki bir tərəfdən testləşdirmənin genişləndirilməsi, ikinci tərəfdən isə, səhiyyə sisteminin hazır olması qarantdır ki, ölkəmizdə infeksiya nəzarət altında olsun, – bu barədə Grücüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.

Elə onun dediyinə görə, testləşdirmənin genişləndirilməsinin daha bir faktorudur ki, artıq uzun müddətdir, testləşdirmə pnevmoniyası olan bütün pasiyentlərə – uşaqlara, yeniyetmələrə, klinikaya yerləşdirilən istənilən şəxsə edilir.

Amiran Qamğrelidzenin açıqlamasına görə, testləşdirmənin gündə 1 500-ə qədər artığı bir zaman testləşdirməyə kimlərin qatıldığının planı mövcuddur.

“Karantində olanlara daha çox diqqət yetirəcəyik. Bu gün də simptomları olan bir çox insanı karantinə keçirdik. Karantində test etdik və “kovid” klinikalarına yerləşdirdik. İndi onun üzərində müzakirə aparırıq ki, insan karantini tək edənə qədər ona “PCR” testini edək. Koronavirus üzrə testləşdirmə genişlənəcək, çünki bir tərəfdən testləşdirmənin genişləndirilməsi, ikinci tərəfdən isə, səhiyyə sisteminin hazır olması qarantdır ki, ölkəmizdə infeksiya nəzarət altında olsun”, – Amiran Qamğrelidze bəyan etdi.