Amiran Qamğrelidze bəyan edir ki, epid-durum baxımından son bir həftə ərzində ölkədə vəziyyət sabitdir, lakin yenə də diqqətə layıqdir
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru, Amiran Qamğrelidze bəyan edir ki, epid-durum baxımından son bir həftə ərzində ölkədə vəziyyət sabitdir, lakin yenə də diqqətə layıqdir.
Onun dediyinə görə, bu gün aşkar edilən yeni halların nisbətən az olması testləşdirmənın az edilməsinin nəticəsidir, çünki şənbə-bazar klinikalara müraciətlər az olur.
“Epid-durum son bir həftədir müəyyən dərəcədə sabitləşir. Orta olaraq 17-19 test edilir və yeni halların sayı 3 mindən aşağı düşdü, bu fün 1 731 hal var. Bu isə, testlərin sayının azalmasından irəli gəlir. Çünki, şənbə-bazar klinikalara müraciətlər az olur. Cəmi 9 812 test edilib və buna görə bu gün 1 731 haldır. Epid-durum baxımından son bir həftə ərzində ölkədə vəziyyət sabitdir, lakin sakitləşməyə səbəb deyil, çünki 2 mindən 3 miinə qədər yeni halların olması yenə də diqqətə layıqdir”, – Qamğrelidze bəyan etdi.