Amiran Qamğrelidze - Acarada, eləcə də bütün Gürcüstanda halların əksəriyyəti simptomsuzdur
Acarada, eləcə də bütün Gürcüstanda halların əksəriyyəti simptomsuzdur, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze koordinasiya şurası iclasının başa çatmasından sonra bəyan etdi.
Onun dediyinə görə, bu gün halların artması baş verdiyi və hospitallara təziqin artdığı bir zaman, simptomsuz insanların evdə və ya karantin məkanında idarəsi mümkündür.
Qamğrelidzenin açıqlamasına görə, simptomsuz pasiyentlər ilk iki gün ərzində klinikalarda tam müayinə ediləcəklər və yalnız bundan sonra onların karantin məkanına və ya evə keçirilməsi baş verəcək.