Amiran Qamğrelidze – Son günlərdə epidemioloji vəziyyət pisləşir, virusun yayılmasını dayandırmanın yeganə yolu kütləvi peyvənddir

13:56, 07.07.2021

Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze nin sözlərinə görə, son günlər ölkədə epidemioloji vəziyyət pisləşir.

Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almağın yolu kütləvi peyvəndləmədir.

“Təəssüf ki, son günlər epidemioloji vəziyyət pisləşir. Platoda idik və bir həftədir ki, bütün nisbətlər, hadisələrin göstəriciləri və ya yeni hallar, pozitivlik göstəricisi artır. Bunun qarşısını almağın yeganə yolu kütləvi peyvənddir. Buna görə də əhalini bir daha peyvənd olunmağa çağırıram”, – dedi Amiran Qamğrelidze .

 

Oxşar