Amiran Qamğrelidze - Saakaşvilinin sağlamlığı ilə bağlı bir neçə konsilium yaradılıb, mən demək olar ki, həkimlərin hamısı yaxşı tanıyıram, çoxlarına güvənirəm və onların peşəkar ləyaqətinə hörmət edirəm

Xəstəliklərə Nəzarət Milli Mərkəzin rəhbəri, Amiran Qamğrelidze bəyan edir ki,  Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin sağlamlığını müzakirə etmək üçün yaradılmış bir neçə konsiliumun üzvlərindən çoxuna etibar edir.

Onun bəyan etdiyhinə görə, real olaraq bu gün Saakaşvilinin sağlamlıq vəziyyətinin necə olmasını bilmir.

“Bilmirəm, real olaraq bu gün Saakaşvilinin sağlamlıq vəziyyəti necədir. Necə siz, eləcə də mən bunu televizyadan dinləyirəm. Sağlamlığa iş aid olanda, burada ilk söz həmişə mənim həmkarlarıma, həkimlərə verilir.

Həkim kimi mən cənab Mixeili görməmişəm. Orada olan həkimlərin bir neçəsini yaxından tanıyıram, onların peşəkar ləyaqətinə hörmət edirəm. Orada bir neçə konsilium var idi və demək olar bütün konsiulumların həkimlərini yaxşı tanıyıram, çoxu ilə birgə işləmişik. Çoxuna güvənirəm”, – Amoran Qamğrelidze bəyan etdi.