Amiran Qamğrelidzenin məlumatına görə, Tbilisidə "Nikoranın" iki əməkdaşında koronavirus təsdiq olundu
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, bu gün Gürcüstanda aşkar olunan koronavirusun 38 yeni halından ikisi “Nikora” marketinin əməkdaşıdır.
Elə onun dediyinə görə, market müvafiq tədbirləri artıq görübdür.
“Koronavirusun 38 yeni halından 22-i “Dona” klasterindəndir, yeddisi təsdiq olunmuş halın kontakdıdır, dördü xaricdən daxil ediləndir, buradan ikisi yük avtomobilinin sürücüsüdür, beş hal üzrə epidemioloji araşdırma aparılırdı, buradan ikisi məhz elə marketlərdən birinin əmkdaşıdır. Bu “Nikora” marketidir. Marketdə təhlükəsizlik tədbirləri görüldü”, – Amiran Qamğrelidze “Tv Pirveli” efirində bəyan etdi.