Amerikanın RAF güləş təşkilatı iyulun 11-də Tbilisidə tədbir keçirəcək – əsas qarşılaşmanın iştirakçısı Merab Dvalişvili olacaq #1TVSPORT
Amerikanın RAF güləş təşkilatı iyulun 11-də Tbilisidə tədbir keçirəcək – əsas qarşılaşmanın iştirakçısı Merab Dvalişvili olacaq #1TVSPORT

 

Amerikanın güləş təşkilatı RAF iyulun 11-də Tbilisidə, “Tbilisi Arena”da tədbir keçirəcək – bu barədə məlumatı təşkilatın özü yayır.

“Real American Freestyle” son dövrlərdə böyük populyarlıq qazanmış, Amerika baxışı ilə sərbəst güləş formatıdır.

Tədbirin əsas qarşılaşması Merab Dvalişvili ilə Henri Sexudo arasında baş tutacaq. Sexudo UFC-nin iki müxtəlif çəkidə keçmiş çempionu, eyni zamanda sərbəst güləş üzrə olimpiya çempionudur. Merab Dvalişviliyə gəlincə, o, Amerika təşkilatında ilk görüşünü mayın 30-da Frenki Edqara qarşı keçirib və 12:1 hesabı ilə inamlı qələbə qazanıb.

Sexudo və Dvalişvili qarışıq döyüş sənətlərində artıq bir dəfə üz-üzə gəliblər – 2024-cü ildə UFC-də gürcü döyüşçü amerikalını hakimlərin yekdil qərarı ilə məğlub etmişdi.

Tbilisidə təşkilatın kəməri uğrunda həmçinin olimpiya çempionları – Abdulraşid Sadulayev və Kayl Snayder də güləşəcəklər. Tədbirlə bağlı digər təfərrüatlar daha sonra məlum olacaq.