Amerikanın “Politico” nəşri yazır ki, Rusiya ABŞ-a təklif edib ki, İranla kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırsın, əvəzində Vaşinqton da Ukrayna üçün kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırsın. ABŞ bu razılaşmanı rədd edib

Rusiya ABŞ-a təklif edib ki, Moskva İranla kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırsın, əvəzində Vaşinqton da Ukrayna üçün kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırsın.

Bu barədə məlumatı “Politico” anonim mənbələrə istinad edərək yayıb.

Nəşrin məlumatına görə, Moskvanın təklifi ABŞ nümayəndələri Steve Whitkof və Jared Kushner tərəfindən Kirill Dmitriyev-ə ötən həftə Mayamidə keçirilmiş görüş zamanı təqdim olunub.

“Politico”nun xəbərinə görə, ABŞ bu təklifdən imtina edib.