Amerikanın İqtisadi Təhlil Bürosunun hesabatına əsasən, ABŞ-da ümumi daxili məhsul birinci rübdə 0,3% azalıb
ABŞ-da ümumi daxili məhsul (ÜDM) 2025-ci ilin birinci rübündə 0,3% azalıb. Bu, 2022-ci ildən sonra ilk dəfə baş verir. Bu barədə “Bloomberg” agentliyi Amerikanın İqtisadi Təhlil Bürosunun hesabatına istinadən yazır.
Hesabata əsasən, ÜDM-in azalması əsasən rüsumlar qəbul olunana qədər idxalın artması ilə bağlıdır.
Hesabata əsasən, xalis ixrac ÜDM-ə münasibətdə demək olar ki, 5 faiz bəndi azalıb, bu da rekord göstəricidir. ÜDM-in üçdə ikisini təşkil edən istehlak xərcləri 1,8% artıb, bu isə 2023-cü ilin ortalarından bəri ən pis göstəricidir, lakin iqtisadçıların proqnozlarından daha yaxşı nəticədir.
Biznesin avadanlıq alınmasına yönəlmiş xərcləri 2020-ci ildən sonra ən sürətli templə artıb. ABŞ-da ÜDM-in rüblük azalması sonuncu dəfə 2022-ci ildə qeydə alınıb.