Amerikanın “AccuWeather” media təşkilatının ilkin qiymətləndirməsinə əsasən, Kaliforniyada meşə yanğını nəticəsində dəymiş ziyan hazırda 50 milyard dolları keçib

17:57, 09.01.2025

 

Kaliforniyada meşə yanğını nəticəsində dəymiş ziyan hazırda ilkin qiymətləndirməyə əsasən, 50 milyard dolları keçib. Bu barədə Amerikanın “AccuWeather” media təşkilatı xəbər verir.

“Əgər yaxın günlərdə daha çox tikili yanarsa, bu, məhv olmuş tikililər və iqtisadi zərər baxımından müasir Kaliforniya tarixində ən böyük meşə yanğını ola bilər” – “AccuWeather”in baş meteoroloqu Conatan Porter bildirib.

Yanğın iki minə yaxın tikilini məhv edib. Yanğın “Hollivud Hills”ə, o cümlədən Hollivud ulduzlarının evlərinin yerləşdiyi əraziyə yayılıb. Paris Hilton, Billi Kristalis və Adam Brodinin evləri yanıb.

Genişmiqyaslı yanğında 5 nəfər həyatını itirib. 137 min insan təbii fəlakət zonasından təxliyə edilib. 1,5 milyondan çox sakin elektrik enerjisi olmadan qalıb. Hazırda yanğınsöndürənlər altı yanğın ocağı ilə mübarizə aparırlar. Quru hava və külək yanğının söndürülməsi əməliyyatını çətinləşdirir. ABŞ Prezidenti Co Bayden təbii fəlakət səbəbindən İtaliyaya planlaşdırılan səfərini ləğv edib.

Oxşar