Amerikalı senatorlar qrupu Senatı Fələstin dövlətini tanımağa çağıran ilk qətnaməni təqdim edib
Amerikalı senatorlar qrupu Senatı Fələstin dövlətini tanımağa çağıran ilk qətnaməni təqdim edib.
Qətnamə Amerika Birləşmiş Ştatlarını silahsızlaşdırılmış Fələstin dövlətini tanımağa çağırır, bu da bölgədə sülhə kömək etməlidir.
“Reuters”in yazdığı kimi, demokratlar tərəfindən təqdim edilmiş qətnamənin respublikaçıların 53-47 səs çoxluğuna sahib olduğu Nümayəndələr Palatasında təsdiqlənməsi az ehtimal olunur. Bununla yanaşı, Donald Tramp sentyabrın 18-də Fələstin dövlətinin tanınması məsələsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə razı olmadığını deyib.
Nəşrin məlumatına əsasən, BMT-nin İstintaq Komissiyası bu həftə İsrailin Qəzza sektorunda soyqırım törətdiyi qənaətinə gəlib. İsrail isə tapıntıların qərəzli olduğunu və təsdiqlənməmiş dəlillərə əsaslandığını iddia edir.
Məlumat üçün bildirək ki, İsrailin hərbi qüvvələri Qəzza şəhərinin işğalı üçün sentyabrın 16-da qurudan hücumu yeniləyib. Medianın məlumatına əsasən, İsrail Qəzza sektorunu mühasirəyə aldıqdan sonra regionda humanitar böhran şiddətlənib və əhali kəskin ərzaq, içməli su və dərman çatışmazlığı ilə üzləşib. Onların məlumatına əsasən, hazırda İsrail Qəzzanın təxminən 75%-nə nəzarət edir.