Amerikalı senatorlar Donald Trampın administrasiyasından Ukraynanın dəstəklənməsi üçün təxminən 300 milyard dollar dəyərindəki Rusiya aktivlərinin verilməsini tələb edirlər

10:18, 25.03.2025

 

ABŞ-nin respublikaçı və demokrat senatorları Donald Trampın administrasiyasından Ukraynanın dəstəklənməsi üçün təxminən 300 milyard dollar dəyərindəki Rusiya aktivlərinin verilməsini tələb edirlər.

Senatorlar Tod İanq və Lindsi Qrem, Riçard Blumental və Tim Kein müvafiq tələblə məktubu dövlət katibi Marko Rubioya göndəriblər.

“Rusiyaya təzyiqi gücləndirmək üçün bütün maliyyə alətlərindən istifadəyə administrasiya necə baxır?” – məktubda qeyd olunub.

Senatorlar Avropa İttifaqı, “Böyük Yeddilik” və digər müttəfiqlərlə strategiyanın hazırlanmasını, eləcə də Ukraynaya müdafiə avadanlıqlarının alınması üçün Rusiya aktivlərinin istifadəsinin dəstəklənməsini tələb edirlər.

Oxşar