Amerikalı senatorlar amerikalı hərbçilər tərəfindən NATO ərazilərinin işğalının qadağan edilməsinə aid qanun layihəsi təqdim ediblər
Amerikalı senatorlar amerikalı hərbçilər tərəfindən NATO ərazilərinin işğalının qadağan edilməsinə aid qanun layihəsi təqdim ediblər. Bu haqda məlumatı “Financial Times” yayır.
Qanun layihəsi Pentaqona və Dövlət Departamentinə Konqres tərəfindən ayrılan vəsaitləri NATO-ya üzv dövlətin ərazisində “blokada, işğal, ilhaq, hərbi əməliyyatların aparılması və ya başqa şəkildə nəzarətin qurulması” məqsədilə istifadə etməyi qadağan edir.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri, demokrat senator Cin Şahin və respublikaçı senator Liza Murkovski sənədi təqdim ediblər. Bu, hər iki partiyadan olan qanunvericilərin ABŞ tərəfindən Venesuelanın lideri Nikolas Maduronun saxlanılmasından sonra prezident Donald Trampın Qrenlandiyaya nəzarət etməyə yenidən maraq göstərməsi ilə bağlı narahatlıqlarını ifadə etməsindən sonra məlum olub.