Amerikalı jurnalistin məlumatına əsasən, Tramp və Putinin Alyaskada çəkilmiş birgə şəkli Ağ Evin divarlarından birində asılıb
Amerikalı jurnalist Elizabet Landers sosial şəbəkədə yazır ki, Donald Tramp və Vladimer Putinin Alyaskada çəkilmiş birgə şəkli Ağ Evin foyesinin divarlarından birində asılıb.
“İqamətgahı qərb qanadı ilə birləşdirən foyedə, divarlardan birində əvvəllər fərqinə varmadığım Tramp və Putinin Alyaskada çəkilmiş birgə şəklinin asıldığını gördüm” – Elizabet Landers yazır və şəkli dərc edir.
Elizabet Landers tərəfindən yayılmış məlumata Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson münasibət bildirib.
“Əgər ABŞ Prezidentinin Ağ Evin divarına 21-ci əsrin ən böyük müharibə cinayətkarının şəklini asmağı uyğun gördüyü doğrudursa, onda ədalətli və davamlı sülh gözləməli olacaq. Təəssüf ki” – Mihkelson sosial şəbəkədə yazıb.