Amerika şirkətinin nümayəndələri Ermənistanda “Tramp Marşrutu” layihəsinin yerini araşdırıblar

18:43, 10.07.2026

 

Amerika şirkəti “AECOM”un nümayəndələri Ermənistanda “Tramp Marşrutu” layihəsinin yerini araşdırıblar. Bu barədə məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayır.

“Keçən həftə Ermənistanda Amerikanın mühəndislik və məsləhət firması “AECOM”un nümayəndələrinə ev sahibliyi etdik.

“AECOM”un komandası və Ermənistan hökumətindəki tərəfdaşlar iqtisadi artıma, qarşılıqlı əlaqəyə və regional inteqrasiyaya töhfə verəcək dəmir yolu və digər infrastrukturun yaradılması üçün “Tramp Marşrutu” layihəsinin yerini araşdırıblar” – bəyanatda deyilir.

Oxşar