Amerika şirkəti "AECOM"un nümayəndələri "Tramp marşrutu"nun tədqiqi üçün Ermənistana gəliblər
Amerika şirkəti “AECOM”un nümayəndələri “Tramp marşrutu”nun tədqiqi üçün Ermənistana gəliblər.
Erməni mediasının məlumatına əsasən, Ermənistanın vitse-baş naziri Mher Qriqoryan ABŞ Dövlət Departamentinin “Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq” (PGI) təşəbbüsü adından “Tramp marşrutu” üçün ərazinin tədqiqi işlərinə başlamaq məqsədilə Ermənistana gələn Amerika mühəndislik və konsaltinq şirkəti “AECOM”un komandasını qəbul edib.
Ermənistan hökumətinin press-relizində deyilir ki, şirkət hazırlanacaq texniki qiymətləndirmə tədqiqatının əsas istiqamətlərini, eləcə də işlərin gözlənilən nəticələrini vitse-baş nazirə təqdim edib.
Ermənistanın vitse-baş naziri təşəbbüsün regionda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb, cari işlərin vacibliyini vurğulayıb və regional kommunikasiyaların açılması potensialını təqdim edib. Mher Qriqoryan həmçinin Ermənistan Respublikasının ərazisində mal və resursların tranziti üçün əhəmiyyətli potensialdan danışıb.