Amerika mətbuatının məlumatına görə, "Moskva" kreyserinə hücum ABŞ-ın Ukraynaya verdiyi kəşfiyyat məlumatı nəticəsində mümkün oldu
Rusiya Qara Dəniz danonamasının “Moskva”flaqman kreyserinə hücum ABŞ-ın Ukraynaya verdiyi kəşfiyyat məlumatı nəticəsində mümkün oldu.
Bu barədə CNN və NBC, həmçinin Washington Post və New York Times bir neçə anonim amerikalı məmuruna istinadən məlumat yayır.
Konkret olaraq CNN-in məlumatına görə, Rusiya gəmisinin Qara Dənizdə konkret yerini görən Ukrayna qüvvələri gəminin əslində “Moskva” kreyseri olduğunu təsdiqləmək üçün Amerika müttəfiqləri ilə əlaqə saxlayıblar. Buna cavab olaraq ABŞ məlumatı təsdiqləyib və gəminin konkret yeri barədə Ukrayna tərəfinə dəqiq kəşfiyyat məlumatı verib.
NBC telekanalının məlumatına görə, Amerika tərəfi Ukraynanın “Moskvaya” hücum etməyi planlaşdırdığını əvvəlcədən bilməyib. Onların fikrincə, ümumilikdə ABŞ “dəniz kəşfiyyatı” Rusiya gəmilərinin hücumundan müdafiə olunmaq üçün Ukrayna ilə məlumat paylaşır.
“Washington Post”-un yazdığına görə, ABŞ kəşfiyyatı olmasaydı, Ukrayna tərəfi üçün “Moskva” kreyserini hədəfə almaq və təsdiqlənməmiş məlumat olmadan onsuz da az sayda “Neptun” raketlərini buraxmaq çətin olardı.
“New York Times” qəzetinin məlumatına görə, ABŞ-ın Ukraynaya təqdim etdiyi kəşfiyyat məlumatlarına ümumilikdə Rusiya qoşunlarının real vaxt rejimində gözlənilən hərəkəti ilə bağlı məlumatlar daxildir.