Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamentinin rəhbəri Skot Besent Putinin müharibə cinayətkarı olduğunu hesab edir
Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamentinin rəhbəri Skot Besent Putinin müharibə cinayətkarı olduğunu hesab edir. O, bu barədə Konqresdə beynəlxalq maliyyə sistemində mövcud vəziyyət barədə danışarkən deyib.
Demokrat nümayəndə İuan Varqasın Besentin Putini müharibə cinayətkarı hesab edib-etməməsi ilə bağlı sualına o, müsbət cavab verib.
Həmçinin, Besentdən müharibə cinayətkarı ilə əməkdaşlıq edib-etməyəcəyini soruşublar. “Düşünürəm ki, bu diplomatiyanın təbiətidir, biri hər iki tərəflə danışmalıdır. Düşünürəm ki, İkinci Dünya Müharibəsindən sonra Yaponiya ilə də danışıqlar lazım idi” – Besent suala belə cavab verdi.
Həmçinin, Besent Tramp administrasiyasının sanksiyalardan istifadə haqda siyasətindən də danışıb. Xəzinədarlıq Departamentinin rəhbəri Bayden administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları zəif adlandırıb. Besent qeyd edib ki, onlar yalnız aşağı səviyyəli neft şirkətlərinə şamil edilib və işə yaramayan qiymət həddi tətbiq edilib.