Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamenti, Rusiya üçün silah istehsal edən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etdikləri haqda məlumat verir
Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamenti, Rusiya ordusu üçün uzaqmənzilli döyüş dronu “Harpia”nın istehsalında iştirak edən üç hüquqi və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq etdikləri haqda məlumat verir. “Reuters” agentliyinin sentyabrda ilk dəfə haqqında məlumat yaydığı “Harpia” dronunu Çin zavodlarında rus şirkətləri ilə əməkdaşlıqla istehsal edirlər. Onun layihələndirilməsində çinli mütəxəssislər də iştirak edirdilər.
Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamentinin məlumatında qeyd edildiyi kimi, ABŞ-ın tətbiq etdiyi yeni məhdudiyyətlər Çin müəssisələrini şamil olunub. Xüsusilə, “Harpia”lar üçün mühərriklər istehsal edən “Xiamen Limbach Aircraft Engine” və Rusiyaya dronların tədarükündə vasitəçi halqa olan “Redlepus Vector Industry Shenzhen” şirkətləri.
“Bu, Rusiya firmaları ilə tərəfdaşlıqla birbaşa silah sistemləri inkişaf etdirən və istehsal edən Çin müəssisələrinə qarşı ABŞ-ın ilk sanksiyalarıdır” – Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamentinin bəyanatında yazılıb.
Bundan əvvəl Amerika Birləşmiş Ştatları Rusiyanı kritik resurslarla təmin edən Çin müəssisələrinə qarşı dəfələrlə sanksiyalar tətbiq edib. ABŞ dəfələrlə Çinə Rusiyanı dəstəkləməkdən çəkinməsi ilə bağlı xəbərdarlıq edib və Moskvanın müəyyən texnologiyalardan hərbi məqsədlər üçün istifadə imkanlarını məhdudlaşdırmaq məqsədi ilə yüzlərlə sanksiya tətbiq edib. Sentyabrda ABŞ dövlət katibinin müavini Kurt Kempbell bəyan etmişdi ki, Çin birbaşa olaraq Rusiyanın hərbi maşınına kömək edir, onun Ukraynaya qarşı müharibə aparmaq səylərini dəstəkləyir.