Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfirliyinin müvəqqəti rəhbəri Culi Deivis Kiyevə gəlib

16:10, 05.05.2025

 

Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfirliyinin müvəqqəti rəhbəri Culi Deivis Kiyevə gəlib.

ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio Culi Deivisi ABŞ-nin Kiyevdəki səfirliyinin müvəqqəti rəhbəri seçib. Deivis hazırda ABŞ-nin Kiprdəki səfiridir və bu mandatı da qoruyub saxlayacaq.

Culi Deivis dövlət katibinin müavininin köməkçisi olaraq Qərbi Avropa və Avropa İttifaqı məsələləri üzrə Avropa və Avrasiya İşləri Bürosunda və ABŞ-nin NATO-da missiyasının daimi nümayəndəsinin müavini olaraq xidmət edib. Deivis Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin rəhbəri olub. O, həmçinin müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda, Ukraynada və Rusiyada Amerikanın səfirliklərində işləyirdi. Bundan başqa, o, Milli Təhlükəsizlik Şurasında və Dövlət Departamentinin müxtəlif şöbələrində təcrübəyə malikdir.

ABŞ-nin Ukraynadakı sabiq səfiri Bricit Brink Tramp administrasiyası ilə fikir ayrılığına görə vəzifəsini tərk edib.

Oxşar