Amerika Birləşmiş Ştatlarının Senatı Skot Besenti Xəzinədarlıq Departamentinin rəhbəri vəzifəsinə təsdiqləyib

10:12, 28.01.2025

 

Amerika Birləşmiş Ştatlarının Senatı Skot Besenti Xəzinədarlıq Departamentinin rəhbəri vəzifəsinə təsdiqləyib. 68 senator onun namizədliyini dəstəkləyib, 29 senator əleyhinə səs verib.

62 yaşlı Besentin mühüm siyasi vəzifələrdə iş təcrübəsi yoxdur. Hazırda, Besent “Key Square Management” investisiya fonduna rəhbərlik edir.

O, 2011-ci ildən 2015-ci ilədək “Soros Fund Management”də baş investisiya direktoru vəzifəsində çalışıb. Bu, maqnat Corc Soros tərəfindən əsası qoyulmuş əsas investisiya idarəetmə fondlarından biridir. “Soros Fund Management” digər layihələrlə birlikdə “Açıq Cəmiyyət” fondlarının (Open Society Foundations) bəzi layihələrini maliyyələşdirib.

Məlumat üçün bildirək ki, Senatda keçirilən dinləmədə Besent Bayden administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların “kifayət qədər səxavətli olmadığını” və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tam dəstəkləyəcəyini bildirib.

Oxşar