Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətinin nümayəndələri Ağ Evin yaxınlığında silahlı şəxsə atəş açaraq yaralayıblar
Amerika Birləşmiş Ştatlarının Məxfi Xidmətinin nümayəndələri Ağ Evin yaxınlığında silahlı şəxsə atəş açaraq yaralayıblar. Medianın məlumatına əsasən, yaralı şəxs hazırda yerli xəstəxanadadır.
“Reuters”in yazdığı kimi, Məxfi Xidmət yerli hakimiyyət orqanlarından İndianadan Vaşinqtona səyahət edən konkret şəxs haqqında məlumat alıb. Daha sonra həmin şəxsin avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Zabitlər kişiyə yaxınlaşanda o, odlu silahı çıxarıb, bundan sonra Məxfi Xidmət atəş açıb.
Məxfi Xidmətin əməkdaşları xəsarət almayıb.
Təhlükəsizlik xidmətləri hadisə yerində istintaq hərəkətləri həyata keçirirlər.
ABŞ-nin Prezidenti Donald Tramp atışma zamanı Ağ Evdə olmayıb, o, Floridadakı iqamətgahındadır.