Amerika Birləşmiş Ştatlarının cənub və orta qərb hissəsində fırtına və tornado nəticəsində ən azı 40 nəfər həyatını itirib

15:13, 17.03.2025

 

Amerika Birləşmiş Ştatlarının cənub və orta qərb hissəsində fırtına və tornado nəticəsində ən azı 40 nəfər həyatını itirib. Bu barədə amerika mediası məlumat yayır. Təbii fəlakət Missuri, Arkanzas, Texas, Oklahoma, Kanzas, Alabama və Missisipi ştatlarında insan tələfatı ilə nəticələnib.

Kanzasda qum fırtınası səbəbindən 50-dən çox avtomobil zərər görüb, bunun nəticəsində ən azı səkkiz nəfər həyatını itirib. Bir neçə ştatda fövqəladə vəziyyət elan edilib, o cümlədən Arkanzas, Corciya və meşə yanğınlarının tüğyan etdiyi Oklahomada. 19 tornadonun qeydə alındığı Missuridə təbii fəlakət nəticəsində 12 nəfər həyatını itirib. Qubernator Mayk Keho yaşayış evlərinin dağıldığını bildirib.

Təbii fəlakətdən zərər çəkmiş rayonlarda 250 mindən çox obyektə elektrik enerjisinin verilişi dayandırılıb.

Oxşar