Amerika Birləşmiş Ştatlarının cənub-şərq hissəsində “Helene” qasırğası nəticəsində həlak olanların sayı 90-ı ötüb
Amerika Birləşmiş Ştatlarının cənub-şərq hissəsində “Helene” qasırğası nəticəsində həlak olanların sayı 90-ı ötüb.
Təbii fəlakət Şimali və Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında insanların həyatını itirməsi ilə nəticələnib. Həlak olanların sayının artmasını istisna etmirlər, çünki bölgədə mobil telefon qüllələri uçub və ya ziyan görüb, bu səbəbdən də yüzlərlə insan yaxınları ilə əlaqə saxlaya bilmir.
Qasırğa nəticəsində milyonlarla insan elektrik enerjisiz qalıb, yollar və körpülər zərər görüb.
Hazırda qasırğa nəticəsində zərər çəkmiş ştatlarda fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır. Yerli hakimiyyət zərəri hesablayır və zərər ola bilsin 100 milyard dollara çatsın.
Ən çox zərər çəkmiş ştatlardan biri Şimali Karolinadır, burada 19 ştatdan olan xilasetmə qrupları fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.
Ağ Evin məlumatına əsasən, prezident Co Bayden bu həftə fəlakət bölgəsinə gedəcək.