Amerika Birləşmiş Ştatlarının Hökumətin Səmərəliliyi Departamenti Mozambik, Kamboca, Banqladeş, Serbiya, Moldova və bir sıra digər ölkələrdə dayandırdığı maliyyələşdirmənin siyahısını yayır

12:54, 17.02.2025

 
Amerika Birləşmiş Ştatlarının Hökumətin Səmərəliliyi Departamenti dayandırdığı maliyyələşdirmənin siyahısını yayır.

Sosial şəbəkədə dərc edilən siyahı belədir:

“1) Mozambikdə kişinin könüllü tibbi sünnəti üçün 10 milyon dollar; 2) Kaliforniya Universitetində Berklidə sahibkarlıq bacarıqlarına malik Kambocalı gənclərdən ibarət kohort yaratmaq üçün 9,7 milyon; 3) Kambocada müstəqil səsləri gücləndirmək üçün 2,3 milyon; 4) Praqanın Vətəndaş Cəmiyyəti Mərkəzinə 32 milyon; 5) Gender Bərabərliyi və Qadınların Gücləndirilməsi Mərkəzi üçün 40 milyon; 6) Serbiyada dövlət satınalmalarını təkmilləşdirmək üçün 14 milyon; 7) Seçkilərin və Siyasi Prosesin Gücləndirilməsi Konsorsiumu üçün 486 milyon, o cümlədən Moldovada inklüziv və iştirakçı siyasi proses üçün 22 milyon ABŞ dolları və Hindistanda seçici fəallığı üçün 21 milyon ABŞ dolları; 8) Banqladeşdə siyasi landşaftı gücləndirmək üçün 29 milyon; 9) Nepalda fiskal federalizm üçün 20 milyon; 10) Nepalda biomüxtəliflik haqda danışıqlar üçün 19 milyon; 11) Liberiyada seçicilərin etimadı üçün 1,5 milyon; 12) Malidə sosial birlik üçün 14 milyon; 13) Cənubi Afrikada inklüziv demokratiyalar üçün 2,5 milyon; 14) Asiyada tədris nəticələrinin yaxşılaşdırılması üçün 47 milyon dollar; 15) Kosovoda qaraçı, aşkal və Misirin marjinal icmaları arasında sosial-iqtisadi birliyi artırmaq üçün davamlı təkrar emal modellərini inkişaf etdirmək üçün iki milyon” – ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin bəyanatında qeyd olunub.

Oxşar