Amerika Birləşmiş Ştatlarının hərbi aviasiyası Yəməndə şiə “Husi”lərin silah anbarlarını bombalayıb
Amerika Birləşmiş Ştatlarının hərbi aviasiyası Yəməndə şiə “Husi”lərin silah anbarlarını bombalayıb.
Amerika Birləşmiş Ştatlarının müdafiə katibi Lloyd Ostinin bəyanatına əsasən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-2” “stealth”i sisteminin bombardmançıları və digər aviasiya növləri “Husi”lərin yeraltı anbarlarına hücum həyata keçiriblər.
Ostin, anbarlarda “Husi”lərin bölgədəki mülki və hərbi gəmilərə qarşı istifadə etdiyi müxtəlif silah komponentlərinin olduğunu deyib. Bu, ABŞ-ın Yəməndə “B-2” bombardmançılarından istifadə etməsinin ilk halıdır.
Lloyd Ostinin bəyanatına əsasən, Yəmənə zərbələrin endirilməsi əmrini ABŞ Prezidenti Co Baydenin göstərişi ilə verib. “Husi”lər Qəzzadakı müharibəyə cavab olaraq gəmilərə raketlər, pilotsuz təyyarələr və digər hücumlar təşkil etməyə başlayıblar.