Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi öz vətəndaşları üçün xəbərdarlıqedici bəyanat yayır
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi öz vətəndaşları üçün xəbərdarlıqedici bəyanat yayır

 

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi ABŞ vətəndaşlarına müraciət edir ki, səfirlik Tbilisinin üç ticarət mərkəzində bomba partlayışı təhlükəsi barədə məlumat alıb.

Səfirliyin bəyanatına əsasən, söhbət aşağıdakı ticarət mərkəzlərindən gedir: “East Point” ticarət mərkəzi – Aleksandre Tvalcrelidze küç. 2, “Galleria Tbilisi” ticarət mərkəzi – Şota Rustaveli pr. 2/4. Tbilisi Ticarət Zonası – David Ağmaşenebeli 16.

Amerika Birləşmiş Ştatlarının səfirliyinin bəyanatına əsasən, səfirliyin Regional Təhlükəsizlik Ofisi səfirliyin bütün əməkdaşlarına növbəti bildirişə qədər bu yerlərdə hərəkətdən çəkinməyi tövsiyə edir.

Gürcüstanın Birinci Kanalı bununla əlaqədar müvafiq dövlət qurumları ilə əlaqə saxlayıb və onların şərhini aldıqdan dərhal sonra yayacaq.