Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosu Çarli Kirkin qətlində təqsirli olan şəxsin saxlanılmasında onlara kömək edəcək məlumat üçün 100 000 dollar mükafat təyin edib
Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosu Çarli Kirkin qətlində təqsirli olan şəxsin saxlanılmasında onlara kömək edəcək məlumat üçün 100 000 dollar mükafat təyin edib

 
Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosu Çarli Kirkin qətlində təqsirli olan şəxsin saxlanılmasında onlara kömək edəcək istənilən məlumat üçün 100 000 dollar həcmində mükafat təyin edib. Bu haqda “BBC” yazır.

Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosunun bəyanatında mükafatın “Çarli Kirkin qətlində təqsirli olan şəxsin/şəxslərin müəyyənləşdirilməsinə və saxlanılmasına kömək edəcək məlumat” üçün olacağı deyilir.

“BBC”nin yazdığı kimi, səhərə olan məlumata əsasən, ictimaiyyətdən 130 bildiriş alıblar, lakin qətldə təqsirli olan şəxsi hələlik saxlamayıblar.

Bundan əvvəl ABŞ-nin Federal Təhqiqat Bürosu ehtimal ki, mühafizəkar şərhçi Çarli Kirkin qatilini əks etdirən fotoları yayıb. Donald Trampın fəal tərəfdarı və onun prezidentlik kampaniyalarının iştirakçısı olan Çarli Kirkə ötən gün Yuta Veli Universitetinin tədbirində çıxış edərkən atəş açıblar. Silahdan açılan güllə boğaz nahiyəsinə dəyib və xəstəxanaya aparıldıqdan sonra tezliklə dünyasını dəyişib. Donald Tramp Kirkin qətlini Amerika üçün qaranlıq an adlandırıb.