Amerika Birləşmiş Ştatlarında məktəblərdən birində 17 yaşlı yeniyetmə atəş açıb, bir şagird həlak olub

10:41, 23.01.2025

 
Amerika Birləşmiş Ştatlarında Neşvilin məktəblərindən birində 17 yaşlı yeniyetmə şagirdlərə atəş açıb.

“ABC News”un məlumatına əsasən, hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb və vəziyyəti stabildir.

Hücumçu yerli vaxtla saat 11:09-da məktəbin bufetində atəş açıb. Şübhəli şəxs hadisə yerində dünyasını dəyişib.

Hücumun motivinin nə olduğu bilinmir.

Oxşar