Amerika Birləşmiş Ştatları və İran arasında atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, Hörmüz boğazında gəmilərin hərəkəti dayandırılıb
Amerika Birləşmiş Ştatları və İran arasında atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, Hörmüz boğazında gəmilərin hərəkəti dayandırılıb

Amerika Birləşmiş Ştatları və İran arasında atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, Hörmüz boğazında gəmilərin hərəkəti dayandırılıb.

İran mediasının məlumatına görə, strateji dəniz dəhlizi tam bağlanıb və neft tankerləri geri qayıtmağa məcbur olub.

MarineTraffic platformasının məlumatına əsasən, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasından sonra Hörmüz boğazından cəmi iki gəmi keçə bilib – yunan quru yük gəmisi və Liberiya bayrağı altında üzən bir gəmi. Lakin daha sonra boğaz yenidən bağlanıb.

İran agentliklərinin bildirdiyinə görə, İsrailin Livana qarşı həyata keçirdiyi hücumlar səbəbindən İran Hörmüz boğazında neft tankerlərinin hərəkətini tam dayandırıb. Nəticədə bir neçə tanker marşrutunu dəyişərək Fars körfəzinə geri dönməli olub.

Bundan əvvəl İranın limanlar və dənizçilik təşkilatı Hörmüz boğazı üçün təhlükəsiz naviqasiya sxemi yayımlayıb və bütün gəmiləri mina təhlükəsindən yayınmaq üçün müəyyən edilmiş marşrutlara ciddi əməl etməyə çağırıb.