Amerika Birləşmiş Ştatları Ukraynaya 725 milyon dollar dəyərində yeni hərbi yardım ayırıb
The flags of Ukraine, the United States, and the District of Columbia fly together on Pennsylvania Avenue near the Capitol, Saturday, March 5, 2022, by order of the mayor of Washington. (AP Photo/J. Scott Applewhite)
Amerika Birləşmiş Ştatları Ukraynaya 725 milyon dollar dəyərində yeni hərbi yardım ayırıb.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir ki, ABŞ və 50-dən çox ölkə Ukraynanın Rusiyanın təcavüzünə qarşı özünü müdafiə etmək baxımından ona lazım olan imkanlara malik olması üçün birləşib.
Yeni hərbi yardım paketinə “Stinger” raketləri, pilotsuz uçuş sistemləri, artilleriya raket sistemləri üçün döyüş sursatları, 155 və 105 millimetrlik artilleriya sursatları, “Javelin” və AT-4 zirehli texnikanın sistemləri və s. daxildir.