Ambrolaurinin Qoqolati kəndinə milli əhəmiyyətli kateqoriya statusu veriləcək
Ambrolaurinin Qoqolati kəndinə milli əhəmiyyətli kateqoriya statusu veriləcək

Ambrolauri munisipalitetinin Qoqolati kəndinə milli əhəmiyyətli kateqoriya statusu veriləcək. Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze Qoqolati kəndində bəyan etdi. Burada o, yerli əhali ilə görüşdü və nitqlə müraciət etdi.

“Bu gün biz qərar qəbul etdik ki, bu kəndə milli kateqoriya verilsin. Biz burada miqyaslı reabilitasiya işlərinə elə başlayacağıq ki, kəndin öz ilkin görünüşü qorunub saxlanılsın. Bizim öhdəliyimizdir ki, bu nadir mədəniyyəti, ənənələri, memarlığı gələcək nəsil üçün qoruyub saxlayaq. Bu gördüyünüz gözəlliyin bir neçə əsrlik tarixi var. Əminəm ki, Qoqolati kəndi ən populyar turist atraksiya olacaq”, – Mamuka Baxtadze bəyan etdi.