Altı ölkənin rezident və qeyri-rezident səfirləri etimadnamələrini Gürcüstan Prezidentinə təqdim ediblər
Altı ölkənin rezident və qeyri-rezident səfirləri etimadnamələrini Gürcüstan Prezidentinə təqdim ediblər

 

Gürcüstanın Prezident Sarayında rezident və qeyri-rezident səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimi keçirilib.

Gürcüstan Prezidenti Mixeil Ğavelaşviliyə altı ölkənin – İslandiya, Braziliya Federativ Respublikası, Qətər Dövləti, Küveyt Dövləti, Panama Respublikası və Əlcəzair Xalq Demokratik Respublikasının rezident və qeyri-rezident səfirləri etimadnamələri təqdim ediblər.

Prezident Administrasiyasının məlumatına əsasən, etimadnamələrin təqdim edilməsinin rəsmi mərasimi başa çatdıqdan sonra Mixeil Ğavelaşvili səfirlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili tədbirdə iştirak ediblər.