Almaniyanın Xarici İşlər Nazirliyi səfir Peter Fișeri məsləhətləşmələr üçün geri çağırıb
Almaniyanın Xarici İşlər Nazirliyi səfir Peter Fișeri məsləhətləşmələr üçün geri çağırıb

Almaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Gürcüstandakı Almaniya səfiri Peter Fișer məsləhətləşmələr üçün geri çağırılıb, məqsəd əməkdaşlığın necə davam etdiriləcəyini müəyyənləşdirməkdir.

Nazirliyin açıqlamasına görə, bu qərarı Almaniyanın xarici işlər naziri Yohann Vadepul qəbul edib.

“Bir neçə ay ərzində Gürcüstan rəhbərliyi Avropa İttifaqına, Almaniyaya və şəxsən Almaniyanın səfiri Fișerə qarşı təbliğat aparır. Buna görə də xarici işlər naziri Yohann Vadepul əməkdaşlığın necə davam etdiriləcəyini müəyyənləşdirmək məqsədilə səfir Fișeri məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldi. Sabah Avropa İttifaqının Xarici İşlər Şurası Gürcüstan məsələsini müzakirə edəcək,” – deyə açıqlamada bildirilir.