Almaniyanın Xarici İşlər Nazirliyi - Almaniyanın səfiri federal hökumətin mövqeyini təmsil edir və Vyana Konvensiyasına tam uyğun hərəkət edir
Almaniyanın Xarici İşlər Nazirliyi - Almaniyanın səfiri federal hökumətin mövqeyini təmsil edir və Vyana Konvensiyasına tam uyğun hərəkət edir

 

Almaniyanın səfiri federal hökumətin mövqeyini təmsil edir və Vyana Konvensiyasına tam uyğun hərəkət edir – bu haqda Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən “Twitter”də dərc olunmuş bəyanatda deyilir.

“Biz “Gürcü Arzusu”nun nümayəndələri tərəfindən Almaniyanın Gürcüstandakı səfirinə qarşı aqressiv ritorikanı və onun bugünkü əsassız çağırılmasını qəti şəkildə qınayırıq. Səfir federal hökumətin mövqeyini təmsil edir və Vyana Konvensiyasına tam uyğun hərəkət edir” – bəyanatda qeyd olunub.

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Qiorqi Zurabaşvili bu gün Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Peter Fişer ilə görüşüb və ona izah edilib ki, “Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin üzvü olduğu dövlətin qanunlarına və qaydalarına hörmət etməlidir, bununla yanaşı, ev sahibi dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var”.

Bununla yanaşı, Almaniyanın səfiri Xarici İşlər Nazirliyinə daxil olmamışdan əvvəl mediaya şərh verib və qeyd edib: “Mən rəsmi olaraq Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılmışam. Çağırılma diplomatik sanksiya formasıdır, bu isə dost ölkələr arasında çox qeyri-adidir”.