Almaniyanın Xarici İşlər naziri Ukraynaya intervensiya ilə bağlı Rusiya liderlərinin hərəkətlərini araşdırmaq üçün beynəlxalq tribunalın yaradılmasını tələb edir
Almaniyanın Xarici İşlər naziri Ukraynaya intervensiya ilə bağlı Rusiya liderlərinin hərəkətlərini araşdırmaq üçün beynəlxalq tribunalın yaradılmasını tələb edir

Almaniyanın Xarici İşlər naziri, Analena Berbok Ukraynaya intervensiya ilə bağlı Rusiya liderlərinin hərəkətlərini araşdırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edir. “Reuters” agentliyinin yazdığına görə, bu barədə Berbok Haaqada, Beynəlxalq Hüquq Akademiyasında nitqlə çıxışı zamanı bəyan etdi.

Alman diplomatının qeyd etdiyi kimi, Ukraynaya qarşı təcavüz cinayətləri üzrə xüsusi tribunalın yaradılması ideyası Ukrayna və partnyorlarla müzakirə olunurdu.

Onun dediyinə görə, tribunal Ukrayna cinayət qanunvericiliyi əsasında fəaliyyət göstərə bilər. Bununla yanaşı, ona beynəlxalq elemntlər əlavə oluna bilər – yerləşdirmə yeri, partnyorlar tərəfindən maliyyə dəstəyi, beynılxalq prokurorlar ki, qərəzsizlik və legirimlik təmin olunsun.