Almaniyanın təhsil naziri bildirir ki, “TikTok”, “Instagram” və “Snapchat”dan istifadə üçün minimum yaş həddi 13 olmalıdır
Almaniyanın təhsil, ailə işləri, yaşlılar, qadınlar və gənclik naziri Karin Prienin sözlərinə əsasən, “TikTok”, “Instagram” və “Snapchat” kimi sosial media platformalarından müstəqil istifadə üçün minimum yaş həddinin 13 olaraq müəyyən edilməsi “düzgün yanaşmadır”.
Bununla yanaşı, nazir qeyd edir ki, bu məsələ Avropa səviyyəsində də tənzimlənməlidir.
O bildirib ki, əgər Avropa İttifaqı bu tənzimləməni qəbul etməsə, o zaman Almaniya bunu müstəqil şəkildə həyata keçirəcək.
“Avropa səviyyəsində kifayət qədər və ya vaxtında irəliləyiş əldə olunmasa, mən lazımi milli tənzimləmələri hazırlayacağam. Qanunvericiliyə uyğun olaraq, icazə tələbi 13 yaşınadək uşaqlara yalnız uşaqlar üçün uyğunluğu təsdiqlənmiş və aşağı riskli platformalardan istifadə etmək imkanı verəcək” – nazir qeyd edib.
Nazirin sözlərinə əsasən, 13-dən 18 yaşadək olan yeniyetmələr üçün isə təhlükəsizlik tədbirləri mərhələli şəkildə tətbiq edilməlidir.