Almaniyanın Sosial-Demokrat Partiyasının liderləri “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi məsələsinin öyrənilməsi üçün lazım olan proseduru hazırlayacaq işçi qrupunun yaradılmasını tələb edirlər

23:02, 29.09.2026

 

Almaniyanın Sosial-Demokrat Partiyasının (SPD) liderləri sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının qadağan olunması imkanlarının rəsmi müzakirəsinə başlanılması təşəbbüsü ilə çıxış edirlər.

“Demokratiyanı təhlükə daxildən hədələyir” – Sosial-Demokrat Partiyasının liderləri bəyan edirlər.

Qətnamədə “Almaniya üçün Alternativ” partiyasından sağçı-ekstremist partiya kimi bəhs olunur. Sənədə əsasən, o, sistemli şəkildə Almaniyanın azad cəmiyyətinə qarşı çıxır, irqçiliyin normallaşmasına kömək edir və ölkənin demokratik quruluşunu daxildən zəiflətməyə çalışır.

Liderlər ilin sonunadək “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi məsələsinin öyrənilməsi üçün lazım olan proseduru hazırlayacaq federal hökumətin və federal torpaqların nümayəndələrinin birgə işçi qrupunun yaradılmasını tələb ediblər.

“Qiymətləndirmə prosedurunun hazırlanması Konstitusiyamızın qorunması ilə şərtlənən hüquqi zərurətdir. Biz bunu demokratik öhdəliyimiz hesab edirik” – liderlər qeyd edirlər.

Təşəbbüsə Almaniyanın müdafiə naziri Boris Pistorius münasibət bildirib. Onun sözlərinə əsasən, məsələnin öyrənilməsi vacibdir, çünki demokratik sistem ölkə daxilindən də zərər görə bilər.

Oxşar