Almaniyanın “Sosial Demokrat Partiyası” və “Xristian Demokrat İttifaqı” koalisiya razılaşmasını rəsmən imzaladı

17:37, 05.05.2025

 

Almaniyanın “Sosial Demokrat Partiyası” və “Xristian Demokrat İttifaqı” koalisiya razılaşmasını rəsmən imzaladı. Bu barədə “Spiegel” yazır. Növbədənkənar seçkilərdən 10 həftə sonra baş tutan sənədin imzalanması ilə, nəhayət, yeni hökumətin formatı təsdiqləndi. Bu, Almaniya tarixində bu tərkiblə beşinci koalisiya olacaq.

“Xristian Demokrat İttifaqı”nın lideri Fridrix Merts partiyaların “ilk gündən işə başlayacaqlar”ını bildirib.

“Bu gün imzaladığımız koalisiya razılaşması bizim ciddi, diqqətli, problemləri dərk edərək işləmək arzumuzu açıq şəkildə nümayiş etdirir” – Merts bildirib.

Bununla yanaşı, bu gün bir neçə nazirin kimliyi məlum olub. Belə ki, Boris Pistorius müdafiə naziri vəzifəsini qoruyub saxlayacaq.

Oxşar